Təbrizin imam cüməsi İlham Əliyevin İranla bağlı fikirlərinə münasibət bildirdi
Ali-Haşim Azərbaycan hökumətini əməldə barışığa tərəf hərəkət etməyə çağırıb
Vəliyyi-Fəqihin Şərqi Azərbaycan üzrə nümayəndəsi Seyid Məhəmmədəli Ali-Haşim cümə namazı xütbəsində Azərbaycan prezidentinin İran xarici işlər naziri ilə görüşünə münasibət bildirib.
Ali-Haşim Azərbaycan Respublikası hökumətindən İrana xoş niyyət nümayiş etdirməsini gözlədiklərini bildirib.
“Azərbaycan Prezidenti bu yaxınlarda müsbət mövqe sərgiləyərək bəyan edib ki, o, heç vaxt öz ölkəsinin ərazisindən İrana qarşı hər hansı təhdidin baş verməsinə imkan verməyəcək və biz bu xoş niyyəti əməli surətdə nümayiş etdirəcəyini gözləyirik”, - deyə Təbrizin imam-cüməsi vurğulayıb.
Onun sözlərinə görə, İran-Azərbaycan əlaqələrini istəməyən çox sayda qara qüvvələr var, o cümlədən sionist rejim öz maraqlarını iki ölkə arasında fikir ayrılıqları yaratmaqda və gücləndirməkdə görür.