Avq 04, 2023 18:55 Asia/Baku

Azərbaycanlı politoloq Tərtər işinin ədalətli aparılmasına çağırır

Azərbaycanlı politoloq Tərtər işi ilə əlaqədar əsl cinayətkarların cəzalandırılmamasına etiraz edərək, işin ədalətli aparılmasına çağırıb.

Ərəstun Oruclu öz feysbuk üzərindən yaydığı məqalədə bildirub: “Son günlər Tərtər qətliamının hələlik xırda qatilləri üzərində başlanmış məhkəmə prosesi fonunda müdafiə nazirliyinin azı 8 generalının sorğulandığı üzə çıxıb. Onlardan bir neçəsı hətta məhkəmədə də ifadə verib. Cinayətkar-generallar arasında nazir Zakir Həsənova və keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkova qarşı ifadə verənlər də var. Amma çox simptomatikdir ki, bu günədək cinayətin əsas təşkilatşılarından və icraçılarından olmuş "Hərbi prokurorluq" adlanan xain yuvasında gizlənmiş cinayətkarlardan birinin də istintaq tərəfindən sorğulanması barədə məlumat yoxdur. Halbuki, ordumuza, ölkəmizə və xalqımıza qarşı bütün cinayətlər həmin qatillərin birbaşa iştirakı və təhriki ilə törədilib”.

Politoloq konkret adları da çəkir və qeyd edir ki, "hərbi prokurorluğun" quldurbaşısı olan Xanlar Vəliyev, onun müavinləri Şəfahət İmranov və Mehdi Hüseynzadə, həmçinin də onlarla prokuror və müstəntiq cinayətin nəinki iştirakçıları, hətta onun təşəbbüskarları olublar. Belə ki, günahsız hərbçilərimizə digər qatil-hərbçilər tərəfindən ən amansız, insanlıq adına həqarət olan işgəncələr həm də onların tələb və təhriki ilə verilmişdir. Çünki saxta casusluq və dövlətə xəyanət ittihamlarını əsaslandırmaq üçün günahsız qurbanlardan etiraflar, saxta şahid ifadələri alınmalı idi.

Müəllif soruşur: "istintaq apararaq" 62 hərbçi barəsində dövlətə xəyanət ittihamı verənlər həmin ittihamlar əsasında çıxarılmış saxta məhkəmə hökmləri ləğv olunduqdan və günahsız hərbçilər barəsində bəraət qərarı verildikdən sonra nədən cəzasız qalmaqdadırlar?

Ərəstun Oruclu cinayətkarlara yeni vəzifələrin verilməsini də öz məqaləsində tənqid edib. O bildirir ki, Azərbaycanda bəraət qərarının ardınca azı iki cinayətkar - Şöhrət Qəhrəmanov Gəncəyə və Elşən Mürsəlov Qubadlıya hərbi prokuror vəzifəsinə təyin olunub. Ondan əvvəl isə Ülvi Əhmədov, Vətən Əliyev Baş Prokurorluqda yüksək vəzifələrə, Mehdi Heseyzadə isə nə az-nə çox cinayətkar Xanlar Vəliyevə müavin vəzifəsinə təyin olunublar. Halbuki adı çəkilən canilərin istisnasız olaraq hamısı bu gün artıq ağır cəzalar alaraq həbsxanalarda olmalıydı.

Politoloq əlavə edir ki, bu gün hamılıqla Tərtərdə törədilmiş qətliama susmamalıyıq. Çünki bu gün Tərtərə sussaq sabah bütün ölkəni Tərtərə çevirəcəklər.

 

Teqlər