Yan 14, 2024 18:11 Asia/Baku
  • İmam Hadinin (ə) hüzünlü şəhadəti

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir.

O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də ( miladi 828- cu ildə) dünyaya göz açıb. O həzrətin atasının adı imam Cavaddır (ə). Tarixdə anasının adını Səmanə (Süsən) qeyd etmişlər.İmam Hadi (ə) “Nəqi”, “Alim”, “Fəqih”, “Əmin” və “Təyyib” kimi ləqəblərlə də məşhurdur. O həzrətin mübarək künyəsi isə “Əbülhəsən”dir. İmam Cavad (ə) 220-ci h.q. ilində (miladi 835- ci ildə) şəhadətə yetirildikdən sonra, hələ səkkiz yaşında olan oğlu imam Hadi (ə) imamətə çatıb.İmam Hadi (ə) hicrətin 254-cü ilində (miladi 868- ci ildə) Mötəzzin hakimiyyəti dövründə şəhadətə yetirilib.O həzrətin (ə) müsəlmanlar arasında əsl İslam etiqadının qorunub saxlanılmasında mühüm addımlarından biri İmam və Şiələr arasında əlaqə yaratmaq üçün Vəkil təyin edilməsi olub. Bu şəxslər xümsü yığıb imama göndərməklə yanaşı, “etiqadi” və “fiqhi” məsələlərin təhlil və həllində əsas rol oynayırdılar və sonrakı imamın imamətini qəbul etməkdə camaatı maarifləndirmək, həmçinin həmin məsələnin möhkəmlənməsində də öz bölgələrində aparıcı və əsas mövqe daşıyırdılar.İmam Hadi (ə) şəhadəti münasibətilə bütün müsəlmanlara başda İmam Zaman (Ə.F) olmaqla təsliyət söyləyirik.