Bakıda Heydər məscidində İranın mərhum prezidentinə yas mərasimi təşkil olunub
https://azeri.sahartv.ir/news/Özəl-i412346-bakıda_heydər_məscidində_İranın_mərhum_prezidentinə_yas_mərasimi_təşkil_olunub
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin təşəbbüsü ilə, Bakının Heydər məscidində Şəhid prezident İbrahim Rəisi və xarici işlər naziri şəhid Əmir Abdullahiyan və digər xidmət şəhidlərinin qırx mərasimi keçirilib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
İyun 28, 2024 04:40 Asia/Baku

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin təşəbbüsü ilə, Bakının Heydər məscidində Şəhid prezident İbrahim Rəisi və xarici işlər naziri şəhid Əmir Abdullahiyan və digər xidmət şəhidlərinin qırx mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasından ali dövlət heyəti iştirak edib. 

Mərasimdə Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev, Azərbaycan Respublikası Milli Məclisinin sədrinin müavini Fəzail İbrahimli, Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Mahmud Məmmədquluyev, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fəvad Nurllayev,

İran və Azərbaycan Respublikası Parlamentlərarası Dostluq Qrupunun üzvləri,

Azərbaycan Respublikasında bir sıra ölkələrin səfir və diplomatları, Bakı məscidlərinin imamları, Azərbaycan Respublikasında yaşayan iranlılar və Azərbaycan Respublikasının ictimaiyyət nümayəndələri iştirak edib, İran xalqı və dövlətinə başsağlığı veriblələr.