İranın neft naziri Vyanaya gedib
İyun 03, 2015 17:29 Asia/Baku
-
İranın neft naziri Vyanaya gedib
İranın neft naziri OPEK-in 167-ci iclası və 6-cı seminarında iştirak etmək üçün bu gün səhər Vyanaya yola düşüb.
IRIB-nin məlumatına görə, Bijən Namdar Zəngənə OPEK-in bu gün keçiriləcək 6-cı seminarında "Xam neft üzrə dünya bazarlarının səbatı" adlı ixtisaslaşdırılmış iclasına sədrlik edəcək. İclasda xam neft üzrə dünya bazarlarının səbatı üçün həmkarlığın önəmi, fiziki və maliyyə bazarları arasında anlaşma tərzi və istehsalçılarla istehlakçılar arasında dialoqun gücləndirilməsi məsələləri nəzərdən keçiriləcək.İraq, Venesuela və Hindistanın neft və enerji nazirləri, həmçinin Avropa Birliyinin Ümumdünya Enerji Assambleyasının baş katibi iclasda iştirak edirlər.
Ərəbistanın neft naziri Əli Əlnəimi bu gün Vyanaya daxil olarkən müxbirlərə OPEK-in hazırkı gündəlik 30 milyon barrellik istehsal səviyyəsinin qorunub saxlanılmasının strateji təsiri barədə deyib: Bu proqram təsirli olubdur və tələb artmaqda və təqdim azalmaqdadır və bazar təsbit olunmaq yolundadır.
OPEK 2014-cü il noyabr iclasında öz istehsal səviyyəsini heç bir dəyişiklik olmadan saxladı.