İranın iqtisadiyyat və maliyyə naziri İslam İnkişaf Bankının prezidenti ilə görüşüb
İyun 12, 2015 19:24 Asia/Baku
İslam İnkişaf Bankının prezidenti ümidvarlıq edib ki, İran İslam Respublikasının xeyrinə olan yeni layihələr bu bank tərəfindən tezliklə təsdiqlənəcək.
Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadlı məlumatına görə, İslam İnkişaf Bankının prezidenti Əhməd Məhəmmədəli İranın iqtisadiyyat və maliyyə naziri Əli Təyyibniya ilə Mozambikdə keçirilən İslam İnkişaf Bankının idarə heyətinin 40-cı iclasının kənarında görüşüb.İranın iqtisadiyyat nazirinə bu iclasda iştirak etdiyinə görə təşəkkürünü bildirən Əhməd Məhəmmədəli İslam İnkişaf Bankının təsdiqlədiyi layihələrin İranda icra prosesinin sürətləndirilməsini müsbət qiymətləndirib.
İranın iqtisadiyyat və maliyyə naziri də İran İslam Respublikası və İslam İnkişaf Bankının əməkdaşlıqlarının genişləndirilməsi və layihələrin icra proseinin nailiyyətlər əldə etməsini vurğulayıb.
İslam İnkişaf bankının rəyasət heyətinin 40-cı iclası bu bankın prezidenti Əhməd Məhəmmədəli və banka üzv ölkələrin nümayəndələrinin iştirakı ilə iki gün müddətinə Mozambikdə keçirilib.