İran bir daha OPEK-in üçüncü böyük istehsalçısı olub
İyun 13, 2015 08:50 Asia/Baku
-
İran bir daha OPEK-in üçüncü böyük istehsalçısı olub
İran ötən milad ayında neft istehsalı artımı ilə bir daha Neft İstehsal Edən Ölkələr Təşkilatı(OPEK)-in üçüncü böyük istehsalçısı olub.
Neft və Enerji İnformasiya Şəbəkəsi(ŞANA)-nın məlumatına görə, OPEK-in iyun ayındakı hesabatına əsasən, İranın may ayında xam neft istehsalı aprel ayına nisbətən gündə min barrel artaraq, gündə iki milyon 845 min barrelə çatıb.Bu statistika göstərir ki, İran mayda ondan qabaqkı ayda yaxın rəqabətə malik olduğu Birləşmiş Ərəb Əmirliklərini kənara çıxararaq, Ərəbistan və İraqdan sonra Neft İstehsal Edən Ölkələr Təşkilatı(OPEK)-in üçüncü böyük istehsalçısı olub.