İyun 17, 2015 20:21 Asia/Baku
  • İran Məhəmməd Mursiyə edam qərarının çıxarılmasından nigaranlıq etdi
    İran Məhəmməd Mursiyə edam qərarının çıxarılmasından nigaranlıq etdi

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Misirin azad seçkilərində seçilən ilk prezidentinə edam qərarının verilməsindən nigaranlıq edib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Mərziyyə Əfxəm bu gün Misirin regiondakı əhəmiyyəti və rolunu vurğulayaraq və müştərək sahələrdə əməkdaşlıq istiqamətində İranın şəffaf siyasətini açıqlayaraq deyib: Bu ölkənin problemləri yalnız ictimai rəyə, seçki prosedurlarına və milli danışıq və siyasi anlaşmaya əsaslanan demokratiyaya müraciət etməklə həll ediləsidir.
Əfxəm əlavə edib: İran İslam Respublikası həmçinin bu qənaətdədir ki, repressiya, zorakılıq və terrora əl atmağa əsaslanan üsullar yalnız Misirin zəifləməsi və bu ölkənin region və dünyadakı tarixi rolunun dirçəlməsinin qarşısını almaqla nəticələnəcəkdir.
Misirin Cinayət Məhkəməsi 2015-ci il 30 iyunda "həbsxanadan qaçmaq" işi ilə əlaqədar Məhəmməd Mursi və Müsəlman Qardaşlarının 5 digər rəhbərini edama məhkum edib.

Teqlər