İyun 18, 2015 12:36 Asia/Baku
  • İran ilə Avropa arasında ticarət dövriyyəsi 9% artıb
    İran ilə Avropa arasında ticarət dövriyyəsi 9% artıb

Avropa Birliyinin Statistika Mərkəzi-Eurostat İran ilə Avropa arasında ticarət dövriyyəsinin 9% inkişaf etdiyini bildirib.

Səhər kanalının məlumatına görə, Eurostat bildirib ki, cari milad ilinin ilk 4 ayında İran-Avropa Birliyi ticarət mübadiləsi ötən ilin oxşar dövrünə nisbətən 9% inkişaf edərək, 2 milyard 407 milyon avroya çatıb.
Məlumatda deyilir ki, Avropa Birliyi 2015-ci ilin yanvarından aprelinədək İrandan 457 milyon avro dəyərində əmtəə mal idxal edibdir ki, bu rəqəm ötən ilin müvafiq dövrünə nisbətən 40%-lik artıma malik olub.
Avropa Birliyinin 2014-cü ilin yanvarından aprelinədək İrandan idxalı 326 milyon avro elan olunmuşdu.
Avropa Birliyinin cari milad ilinin ilk 4 ayında İrana ixracı isə 4%-lik artımla 1,95 milyard avroya çatıb.

Teqlər