İran Misirdəki terror aktını pislədi
İyun 30, 2015 17:33 Asia/Baku
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Misirin baş prokurorunun ölümü ilə nəticələnən bu ölkədəki terror aktını pisləyib.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyyə Əfxəm çərşənbə axşamı günü ötən gün Qahirədə baş verən terror aktına reaksiyada bu cinayəti Misirin stabilliyini pozmaq üzrə düşmənlərin məkrli planının bir hissəsi adlandırıb.Əfxəm Misir hökuməti və xalqına başsağlığı verərək və terror aktı qruplarının ailələrinin dərdinə şərik çıxaraq əlavə edib: Belə aktlar qarşısında sayıqlıq zəruridir. Çünki bölgədə fitnə odunu alovlandırmaq, de-stabillik yaratmaq və region ölkələrini zəiflətmək planı izlənilir.
Misir baş prokuroru Hişam Bərəkat bazar ertəsi günü Qahirədə avtomobilinin yolu üzərində bomba partlayışında yaralndıqdan bir neçə saat sonra dünyasını dəyişib.
İran XİN sözçüsü həmçinin Yəmənə qarşı xarici hərbi müdaxilənin dərahl dayandırılmasının vacibliyini vurğulayaraq BMT-nin Ədəndəki ofisinin hücuma məruz qoyulması üzrə Ərəbistanın ötəngünkü hərəkətini pisləyib.
Əfxəm deyib: Ərəbistanın Yəmənin infrastruktur obyektlər, qeyri-hərbi məqsədlərə hücumu, nəticədə sivillərin həlak olması və yaralanması insan haqlarının davamlı və çılpaq şəkildə pozulmasıdır və beynəlxalq qaydalar və normalara əsasən ölkələr BMT-yə bağlı orqanlar və xilasedici təşkilatlar və onların nümayəndələrinin müharibədən zərərçəkən insanlara yardım etmələri üçün şərait yaratmalı və humanitar yardımların daxil olması üçün vəziyyəti asanlaşdırmalıdırlar.
İran XİN sözçüsü bir daha Yəməndəki acınacaqlı insan vəziyyətindən kəskin nigaranlıq edərək BMT və böhrandakı təsirli ölkələrin Yəmən vətəndaşlarına təcili humanitar yardımlar göndərilməsi üçün ciddi təşəbbüs göstərmələrini istəyib.