İyul 01, 2015 20:29 Asia/Baku
  • Əli Əkbər Səfayi
    Əli Əkbər Səfayi

İranın Milli Nefdaşıma Şirkətinin sərəncamçı müdiri yaxın gələcəkdə iranlı tankerlərin Avropa limanlarına geri dönəcəklərindən xəbər verib.

İranın Milli Nefdaşıma Şirkətinin sərəncamçı müdiri Əli Əkbər Səfayi bu gün IRNA ilə müsahibədə İranın müzakirə heyətinin xüsusən gəmiçilik sahəsində İrana qarşı sanksiyaların ləğvinə çalışmasına toxunaraq, deyib ki, İranın Milli Nefdaşıma Şirkətinin qarşısında yeni bazarlar durur və Avropa bazarına qayıtmaq üçün müxtəlif ssenarilər hazırlanıb, eyni zamanda yeni bazarlar da aşkarlanıbdır.
Səfayi İranın Milli Nefdaşıma Şirkətinin sanksiyalara rəğmən, öz inkişaf proqramını həyata keçirə bildiyini qeyd edərək, vurğulayıb ki, hazırda bu şirkətin donanması 15.5 milyon ton tutumla yaxşı şəraitdədir və sanksiyaların ləğvindən sonra Avropa bazarlarına qayıtmağa hazırdır.

Teqlər