İyul 23, 2015 18:13 Asia/Baku
  • Cənubi Koreya İranla neft əməkdaşlıqlarını genişləndirməyə çalışır
    Cənubi Koreya İranla neft əməkdaşlıqlarını genişləndirməyə çalışır

Cənubi Koreyanın Neftayırma Enerji Şirkəti bu şirkətin İran İslam Respublikası ilə neft əməkdaşlıqlarını genişləndirmək üçün proqram tənzimlədiyini və çalışdığını bildirib.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, Cənubi Koreyanın Neftayırma Enerji Şirkəti cümə axşamı günü bildirib: İran və 5+1 qrupu arasında nüvə müzakirələrinin yekunu İranla iqtisadi münasibətlərin inkişafı üçün münasib şərait yaradıb.
Bu şirkət həmçinin Cənubi Koreya hökumətinin İranla iqtisadi, xüsusilə də enerji sektorunda anlaşmalar əldə etmək üçün şəraiti yaxşılaşdırmaq istiqamətində tədbirlər nəzərdə tutmasını istəyib.
Cənubi Koreyanın Neftayırma Enerji Şirkəti Asiyanın ən böyük Neftayırma şirkəti olaraq cari ilin ilk yarısında İrandan 65 min bareldən çox neft satın alıb. Bu miqdarın 11 min bareli neft kondensatı ilə əlaqədardır.

Teqlər