İran və Rusiya Suriya olayları barədə məsləhətləşmələr aparıblar
https://azeri.sahartv.ir/news/İran-i196529-İran_və_rusiya_suriya_olayları_barədə_məsləhətləşmələr_aparıblar
İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri məsələləri üzrə müavini deyib: İranın müsbət yanaşması region ölkələr üçün bir fürsət sayılır. Bu fürsətdən istifadə edib, maneələri aradan qaldıra və əməkdaşlıqları genişləndirə bilərlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 06, 2015 15:03 Asia/Baku
  • İran və Rusiya Suriya olayları barədə məsləhətləşmələr aparıblar
    İran və Rusiya Suriya olayları barədə məsləhətləşmələr aparıblar

İran xarici işlər nazirinin Ərəb və Afrika ölkələri məsələləri üzrə müavini deyib: İranın müsbət yanaşması region ölkələr üçün bir fürsət sayılır. Bu fürsətdən istifadə edib, maneələri aradan qaldıra və əməkdaşlıqları genişləndirə bilərlər.

Hüseyn Əmir Abdullahiyan Suriya, Yəmən və Liviya olayları ilə bağlı Tehranda keçirilən müştərək İran-Rusiya iclasında İranın yüksək səviyyəli rəsmilərinin region ölkələri xüsusiylə də qonşu ölkələrlə əlaqələrin genişləndirilməsi məsələsinə müsbət yanaşmalarına işarə edərək, deyib: Region məsələləri siyasi həll yolundan başqa həll yoluna malik deyil. İran xarici işlər nazirinin müavini ABŞ-ın regionla bağlı təhlükəli planlarına da işarə edib və deyib: təəssüflər olsun ki, bəzi region ölkələri hərbi seçimə üz tutaraq, regional məsələlərin həllində yanlış addımlar atır, pis bir adətə yol açırlar.
Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov da region ölkələri xüsusilə də Ərəbistan və İran arasında daha artıq ahəngdarlığın yaradılmasına təkid edərək, deyib: region məsələləri xüsusilə də Suriya və Yəmən böhranı İran İslam Respublikasının iştirakı olmadan həll edilə bilməz. Və hazırkı vəziyyətin davam etməsi sadəcə İŞİD-in daha da güclənməsinə səbəb olacaq.
Rusiya xarici işlər nazirinin müavini əlavə edib: Libiya təcrübəsi sübut etdi ki, beynəlxalq hüquq normalarına və tanınmış prinsiplərə əsaslanan siyasi quruluşun məhv edilməsi ilə şərait ifratçı və terrorçu qrupların fəaliyyətinə zəmin yaratmış olur.
Boqdanov həmçinin, Yəmən olayları barədə deyib: Rusiya ümumiyyətlə beynəlxalq hüquq normalarına sığmayan hərbi hücumlarla müxalifdir.