ABŞ-nin Bəhreyndəki radarını 6 pilotsuz uçuş aparatı ilə hədəfə aldıq
https://azeri.sahartv.ir/news/İran-i423884-abŞ_nin_bəhreyndəki_radarını_6_pilotsuz_uçuş_aparatı_ilə_hədəfə_aldıq
SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi yaydığı bəyanatda bildirib ki, ABŞ ordusunun açıq-aşkar təcavüzünə qətiyyətli və sarsıdıcı cavabın ikinci mərhələsində Bəhreynin Ər-Riffa helikopter bazasında yerləşən ABŞ hava hücumundan müdafiə sisteminin radarı SEPAH-ın Aerokosmik Qüvvələrinin 6 PUA-sı ilə hədəfə alınıb.
(last modified 2026-11-16T08:25:49+00:00 )
Noy 15, 2026 12:24 Asia/Baku
  • ABŞ-nin Bəhreyndəki radarını 6 pilotsuz uçuş aparatı ilə hədəfə aldıq

SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi yaydığı bəyanatda bildirib ki, ABŞ ordusunun açıq-aşkar təcavüzünə qətiyyətli və sarsıdıcı cavabın ikinci mərhələsində Bəhreynin Ər-Riffa helikopter bazasında yerləşən ABŞ hava hücumundan müdafiə sisteminin radarı SEPAH-ın Aerokosmik Qüvvələrinin 6 PUA-sı ilə hədəfə alınıb.

Bəyanatda qeyd olunub ki, bu PUA-ların hədəflərə dəqiq və uğurlu zərbələri Bəhreynin müxtəlif bölgələrində eşidilib və bu, SEPAH-ın əməliyyat imkanlarını bir daha nümayiş etdirib.SEPAH Hörmüz boğazında tankerlərin müşayiəti ilə bağlı ABŞ-nin planının uğursuzluğa düçar olduğuna diqqət çəkərək, bildirib ki, Vaşinqton hazırda məhdud və hədəfsiz addımlarla dünya ictimaiyyətinin diqqətini bu həyati əhəmiyyətli dəniz yolunun bağlı olması reallığından yayındırmağa çalışır.Bəyanatın davamında vurğulanıb: Hörmüz boğazı bağlıdır və Amerika düşməninin istənilən təcavüzü daha sərt və sarsıdıcı cavabla qarşılaşacaq.Bəyanatda, həmçinin qeyd olunub ki, bu mərhələdə əvvəlki mərhələ ilə müqayisədə SEPAH-ın daha çox PUA-sı Amerika hədəflərinə doğru göndərilib ki, düşmən hər bir təcavüzün sərt və hesablanmış cavabla qarşılanacağını bilsin.