Avq 07, 2015 17:23 Asia/Baku
  • İran XİN-i şəhid diplomatlarının xatirəsini yad etdi
    İran XİN-i şəhid diplomatlarının xatirəsini yad etdi

İran Xarici İşlər Nazirliyi Əfqanıstanda şəhid olan diplomatlarının xatirəsinə bir bəyanat yayıb. Bəyanatda deyilir: İran xalqı cihad və şəhadət mədəniyyətinə söykənərək, öz tarixi kimliyi, əzəməti və izzətini dünyaya nümayiş etdirib.

İran İslam Respublikası Xarici İşlər Nazirliyi bir qrup iranlı diplomatın Əfqanıstanda, Məzar Şərifdə şəhid olmalarının 17-ci ildönümü münasibətilə bir bəyanat yayıb.
Bu bəyanatda belə deyilir: Cihad və şəhadət mədəniyyəti bir insan rəftarının ən müqəddəs və ülvi nümunəsidir. Və İran xalqı bu mədəniyyətə əsaslanaraq, öz əzəmətini dünyaya nümayiş etdirməyi bacarıb.
Bu bəyanatda həmçinin deyilir: İranın Xarici İşlər Nazirliyi daim İran İslam Respublikasının xarici siyasət sahəsində əldə etdiyi nailiyyətləri qorumaq üçün diplomatiya meydanında, İran xalqı ilə çiyin-çiyinə addımlayıb.
1998-ci ilin 7 avqustunda İranın Məzar Şərifdəki konsulluğunun 7 işçisi və İRNA-nın müxbiri Mahmud Sarəmi Taliban terrorçuları tərəfindən şəhid edilib.

Teqlər