Avq 31, 2015 14:31 Asia/Baku
  • Zəngənə:
    Zəngənə:"İran neft birjasına dönməyə hazırlaşır"

İranın neft naziri embarqoların aradan qalxması ardınca yaranmış son vəziyyət və dünya neft birjasında İranın geniş iştirakının önəminə işarə edərək deyib: Embarqoların aradan qalxması durumunda İranın dünyanın neft birjasında iştirakının effektləşməsi üçün hazırlaşırıq və bu istiqamətdə neft müştərilərimizlə danışırıq .

Müxbirimizin məlumatına əsasən İranın neft naziri Bijən Namdar Zəngənə hökumət kabinet üzvlərinin tədbiri çərçivəsində jurnalistlərə xitabən deyib: İstehsal bölmələri istehsalın həcmini çoxaltmağa hazırlaşır ki qabaqkı vəziyyəti bərqərar edə bilək. Dünya neft birjasında itirilmiş səhmi əldə etmək bizim üçün bir qaydadır.
Zəngənə "xarici investorlarla hansı zəminlərdə dialoqa daxil olmaq imkanı çoxdur." suala cavab olaraq deyib: Bir neçə sahədə xarici sərmayəçilər və şirkətlərdən istifadə edirik ki beləliklə müştərək neft yataqlarında və həm də neft məmulatında istifadəyə verilməkdə olan və qədim neft yataqlarını çoxaldaq.

Teqlər