Sen 19, 2015 14:51 Asia/Baku
  • Fransa böyük iqtisadi heyəti Tehrana gəlir
    Fransa böyük iqtisadi heyəti Tehrana gəlir

Avropa rəsmilərinin Tehrana olan səfərlərinin davamında sabah Fransadan böyük şirkət və sərmayə sahiblərindən ibarət 150 nəfərlik bir iqtisadi heyət İrana gələcək.

Tehrana səfər edəcək 150 nəfərlik böyük iqtisadi heyətə Fransa kənd təsərrüfatı naziri Stefan Luful və xarici ticarət və turizm üzrə müşavir naziri Matiyas Fekel başçılıq edir.
Tehranda İranın siyasi, iqtisadi rəsmiləri və ticarət palatası rəsmiləri ilə görüşəcək Fransız heyət xarici ticarət, turizm, məskən, sənaye, sığorta, səhiyyə, yüklərin daşınması və bank əməliyyatları üzrə əməkdaşlıq yollarını araşdıracaqlar.
Bu iqtisadi heyətin İrana olan səfəri Fransa xarici işlər naziri Loran Fabiusun Tehrana olan səfərinin ardınca baş tutur.
İran və 5+1 qrupu arasında 14 iyul tarixində Vyanada elan olunan nüvə anlaşmasının ardınca, İran və dünyanın 6 böyük qüdrəti arasındakı danışıqlar başa çatdı və İranın xarici münasibətlər arenasında yeni atmosfer yaranmış oldu.
Avropalı iqtisadi və siyasi heyətlərin o cümlədən Almaniya, Fransa, İtaliya, Serbiya, Avstriya, Çex və İspaniyanın İranın siyasi və iqtisadi potensialları ilə yaxından tanış olmaq istəyi onları Tehrana çəkib gətirir.

Teqlər