Okt 27, 2015 09:26 Asia/Baku
  • İranın 16 yeni müdafiə nailiyyəti
    İranın 16 yeni müdafiə nailiyyəti

İranın müdafiə naziri Şiraz elektron sənayesi və elektron müdafiə sənayesinin on altı nailiyyətini istifadəyə verib.

Təsnim xəbər agentliyinin məlumatına görə, müxtəlif ağır silah növlərinin aşkarlanması və izlənilməsi qabiliyyətli lokator sistemi, 450 kilometrlik mənzilli üç cəhətli "Qəmər" lokatoru və qırıcılar və pilotsuzlar üzərində quraşdırıla bilinən "Əbsar" təsvirçəkmə sistemi İran müdafiə naziri general-mayor Hüseyn Dehqanın istifadəyə veridiyi İranın ən mühüm yeni müdafiə nailiyyətlərindən olub.
Həmçinin İranın müdafiə nazirinin hüzurunda aviasiya və aeroport və bu sahələr üzrə istiqamətləndirmə təchizatlarının istehsal xətti istifadəyə verilib.
General-mayor Dehqan bu mərasimdə deyib: Bu kompleksin ən mühüm nailiyyəti müxtəlif lokator növlərinin düzəldilməsidir və bu radarlar İranın müdafiəsi və ona qarşı hədələrin aşkarlanması və izlənilməsi imkanını yaradır.
İranın müdafiə naziri sonra İranın silahlı qüvvələrinin düşmənin elektron müharibəsi ilə mübarizə üzrə sistem və proqramlar sahələrində nəzərəçarpacaq irəliləyişlərə nail olduğunu vurğulayıb.
O, hərbi təyyarə sistemləri texnologiyasının yerliləşidirlməsini də Şiraz elektron sənayesinin digər bir naliyyəti adlandırıb.

Teqlər