Noy 12, 2015 15:15 Asia/Baku
  • Kiş; İranda investisiya fürsətlərinin qapısı
    Kiş; İranda investisiya fürsətlərinin qapısı

Sanksiyalardan Sonrakı Dövrdə İran İqtisadiyyatı, Kiş Giriş Qapısı Konfransının açılış mərasiminin kənarında II beynəlxalq Birja, Bank, Sığorta, Özəlləşdirmə sərgisi və VII Kişdə Ölkə Yatırımları Fürsətlərinin Elan olunması sərgisi işə başlayıb.

Bu sərgidə 210-dan çox yerli və xarici şirkət iştirak edib. 185 yerli və İngiltərə, Fransa, Almaniya, Hollandiya, İsveçrə, Çin, Birləşmiş Ərəb Əmirlikləri, Kanada da daxil olmaqla 15 xarici şirkət və ondan çox ölkənin səfiri də sərgiyə qatılıb.
Bu iki sərginin keçirilməsi iqtisadi və abadlıq layihələrində yerli və xarici fəalların iştirakına şəraitin yaradılması ilə yanaşı, yerli və xarici şirkətlər və qurmlar arasında iqtisadi mübadilələrin formalaşması və əlaqələrin güclənməsi üçün münasib fürsəti yaratdı.
Bu iki sərginin strategiyası investisiya bazarı vasitəsi ilə investisiya potensiallarının tanıtdırılması və investorların cəzb olunmasına yönəlmişdir. İranın ticarət və iqtisadi azad zonalarında aktivlik və iş yerlərinin açılması məqsədinin reallaşması, xarici investorların cəlb olunması, inkişaf, dünyanın modern elm və texnologiyalarının nəql edilməsi və ölkədə investisiya fürsətlərinin tanıdırılması bu iki sərginin məqsədlərini özündə ehtiva edirdi.
Tunis, Pakistan, İordaniya, Vyetnam, Qırğızıstan, İsveç, Misir, İndoneziya, İraq, Oman və Əfqanıstan səfirləri də bu sərgilərdə iştirak etdilər.

Teqlər