Noy 28, 2015 13:42 Asia/Baku
  • İranın neft müqavilələrinin yeni modeli
    İranın neft müqavilələrinin yeni modeli "uduş-uduş" şəraitinə malikdir

İranın neft naziri deyib: İranın neft müqavilələrinin yeni modelində İranın neft sənayesi və beynəlxalq şirkətlər üçün "uduş-uduş" şəraiti yaranıbdır.

IRNA-nın məlumatına görə, İranın neft naziri Bifən Namdar Zəngənə şənbə günü Tehranda İranın neft müqavilələrinin yeni modelinin təqdimatı üzrə beynəlxalq konfransda əlavə edib: İran bu gün, 20 il bundan qabaqkı İrandan fərqlənir və İranda sərmayə yatırmaq istəyən xarici şirkətlər bu cəhətə diqqət yetirməlidirlər.
İranın neft naziri deyib: İran beynəlxalq şirkətlərlə həmkarlıq fürsətindən daxili şirkətləri gücləndirmək və texnologiyanın ötürülməsi üçün güclü bir vasitə kimi istifadə edir və İranda işləmək isəyəcək hər bir xarici şirkət, səlahiyyəti təsdiq olunmuş bir iranlı şirkətlə şərik olmalıdır.
Zəngənə vurğulayıb: Hazırda münasib bir vaxtdır ki, İrana qarşı zalmcasına sanksiyalar götürülsün və bir daha sübut olsun ki, neft cərəyanına qarşı sanksiyalar istehlakçı və istehsalçıya qarşıdır və nefti siyasi baxışla hədələyib, sanksiya etmək olmaz.
İranın neft naziri həmçinin neft sənayesi fəaliyyətlərində iştirak üçün qeyri-hökumət iranl imkanların gücləndirilməsi, milli texnologiyaların yüksəldilməsi, anbarlardan emal əmsalının ardıcıl artması, neft və qaz hasilatı imkanının yüksəldilməsi və neft və qaz kəşfiyyatlarının genişləndirilməsini İranın Neft Nazirliyinin gələcək proqramlarının beş əsas prinsipi elan edib.

Teqlər