Dek 05, 2015 18:30 Asia/Baku
  • İran qeyri-neft sektoru məhsullarının ixracatını artırmaq potensialına malikdir
    İran qeyri-neft sektoru məhsullarının ixracatını artırmaq potensialına malikdir

İranın sənaye, mədənlər və ticarət naziri qeyri-neft məhsullarının ixracatı potensialının artırılmasını zəruri adlandırıb.

İRİB-nin məlumatına görə, Məhəmməd Rza Nemətzadə bu gün şənbə 21-ci milli qeyri-neft sektoru məhsullarının ixracatının genişləndirilməsi toplantısında deyib: qeyri-neft məhsullarının ixracatını inkişaf etdirmək üçün yerli potensiallardan istifadə etmək lazımdır.
Nemətzadə daha sonra qeyri-neft sektoru məhsullarının payının qarşıdan gələn 10 il ərzində 3 dəfə artırılması üzrə hökumətin proqramına işarə edib və deyib: Dünyanın qeyri-neft məhsulları ixracatı bazarının 0.34%-i iranın payına düşür. Halbuki, bu rəqəm 3 dəfə artaraq 200 milyard dollara çatdırılmalıdır.
İranın sənaye, mədən və ticarət nazirinin dediyinə görə, nüvə anlaşmasının icrasından sonra ölkədən kənar bank imkanlarından faydalanaraq, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün yeni sərmayələr əldə edilməlidir.

Teqlər