Dek 06, 2015 12:24 Asia/Baku
  • Zəngənə: İsveçlilərin müştərək sərmayə qoyluşunu müsbət qarşılayırıq
    Zəngənə: İsveçlilərin müştərək sərmayə qoyluşunu müsbət qarşılayırıq

İranın neft naziri isveçlilərin İran İslam Respublikasında investisiya yatırmalarını müsbət qarşılayıb.

İRİB-nin məlumatına görə, İranın neft naziri Bijən Namdar Zəngənə bu gün Tehranda İsveçin şirkətlər və yenilik naziri Mikael Damberg ilə görüşdə deyib: İran və İsveç müxtəlif iqtisadi sahələrdə əməkdaşlıq edə bilərlər.
Zəngənə əlavə edib: İran keçmişdə neft sektoruna aid təchizatlar və dəzgahlar baxımından İsveç ilə əməkdaşlığa malik olub və ümidvarıq gələcəkdə İsveç şirkətləri İranda özlərinə əməkdaş tapmaq yolu ilə birgə formada istehsal sənayesində əməkdaşlıqlarını davam etdirəcəklər.

Teqlər