Dek 21, 2015 17:04 Asia/Baku
  • İran sanksiyaların yaxın gələcəkdə götürüləcəyinə ümidvarlıq edib
    İran sanksiyaların yaxın gələcəkdə götürüləcəyinə ümidvarlıq edib

İranın xarici işlər naziri ümidvarlıq edib ki, qarşıdakı günlərdə İrana qarşı sanksiyalar götürüləcək və Tehran avropalı ölkələr və digər şərikləri ilə daha məntiqli əlaqələrin genişləndirilməsi səmtinə hərəkət edəcək.

IRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar ertəsi günü Tehranda Bolqarıstanın xarici işlər naziri Daniel Mitov ilə keçirilən birgə mətbuat konfransında İran ilə altılıq ölkələrinin müştərək komissiyasının iclasının keçirilməsinə toxunaraq, əlavə edib: İndiyədək müştərək komissiyanın iki rəsmi iclası keçirilib və komissiyanın üzvləri müxtəlif mövzularda məşvərətlər aparıblar.

İranın xarici işlər naziri ABŞ konqresinin İrana səfər məhdudiyyətləri barədəki qərarının nüvə anlaşması yolunda başlıca maneə olduğunu billdirərək, ümidvarlıq edib ki, Amerika dövləti nüvə anlaşması qarşısındakı öhdəliklərinə əməl edəcək və bu qanunun İrana gediş-gəlişə mane olmasına icazə verməyəcək.

İranın diplomatiya idarəsinin başçısı İran-Bolqarıstan münasibətləri barədə də deyib ki, iki ölkə arasındakı həmkarlıqlar hər iki ölkənin, eləcə də hər iki regionda sülh və sabitliyin xeyrinədir.

Zərif söyləyib: Dünyanın ifratçılıq və terrorçuluq kimi mühüm təhlükələrlə üzləşdiyi və bütün ölkələrin müxtəlif bölgələrdə müəyyən formada bu böhranla qarşılaşdıqları bir şəraitdə dünya həmkarlıq, dialoq və ardıcıl əlaqələrə ehtiyaclıdır.

Bolqarıstanın xarici işlər naziri də bu mətbuat konfransında deyib ki, İran Avropa İttifaqı üçün qaz ehtiyacının çeşidlənməsi üzrə ən mühüm mənbələrdən biridir.

Bolqarıstanın xarici işlər naziri Daniel Mitov öz iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşdən sonra keçirilən bu mətbuat konfransında İrandakı qonaqpərvərliyə və İran rəsmiləri ilə müzakirələrə görə təşəkkür edərək, Bolqarıstanı İranın Avropaya daxil olması sahəsində bir darvaza adlandırıb və ikitərəfli əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib. O, qeyd edib ki, İran enerji sahəsində mühüm rol oynaya bilər.

O, Amerika konqresinin İran ilə bağlı vizanın verilməsi sahəsində məhdudiyyətin yaradılması haqdakı qərarı barədə deyib ki, tərəflər nüvə anlaşmasının icrasına öhdəlikli olmalıdırlar.

Mitov həmçinin İran və Bolqarıstanın həmkarlıq yolu ilə Suriya böhranı daxil olmaqla region problemlərinin həllində təsirli ola biləcəklərini vurğulayıb.

Teqlər