Zəngənə: İran heç bir ölkə üçün təhdid deyil
İran neft naziri deyib: İran heç bir ölkə üçün təhdid deyildir.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, İranın neft naziri Bijən Namdar Zəngənə bu gün Buşehr vilayətinin Əsəluyə məntəqəsində Cənubi Pars qaz yatağının 15 və 16-cı fazalarının rəsmi açılışından sonra İran və Ərəbistan arasındakı gərginlik və onun neft və qaz ixracatına təsiri barəsində deyib: İran regionda gərginliyin yaranmasını istəmir. Lakin bəziləri gərginlik ardıncadırlar.
Namdar Zəngənə Əhatəli Müştərək Təşəbbüs Proqramının gərginliyin aradan qaldırılmağa əsaslandığını və İranın son yüz ildəki ən böyük siyasi uğuru olduğunu bəyan edərək bildirib: Əhatəli Müştərək Təşəbbüs Proqramı cəhətindən İranın siyasət və diplomatiyasında ötən yüz ildə heç bir hadisə baş verməyib.
İranın neft naziri Əhatəli Müştərək Təşəbbüs Proqramı imzalanmazdan öncə sionist rejim kimi şeytanlar və bəzi digərlərinin onun formalaşmasının qarşısını almaq ardınca olduqlarını bildirərək əlavə edib: Bu sahədə çoxlu pullar xərcləndi və iqtisadiyyat sahəsində çoxlu işlər görüldü ki, Əhatəli Müştərək Təşəbbüs Proqramı formalaşmasın. Lakin uğur qazanmadılar.