Yan 16, 2016 10:25 Asia/Baku
  • İran xarici işlər naziri Vyanada səfərdədir
    İran xarici işlər naziri Vyanada səfərdədir

İran İslam Respublikasının xarici işlər naziri nüvə anlaşmasının icraya qoyulması üzrə bəyanatın qiraət olunması mərasimində iştirak etmək üçün İranın nüvə müzakirə heyətinin başında, Vyanaya səfər edib.

İSNA xəbər agentliyinin verdiyi məlumata görə, İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi və İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Seyid Abbas İraqçı Vyana səfərində xarici işlər naziri Məhəmməd Cavad Zərifi müşayiət edirlər.

ABŞ Dövlət Departamenti də bildirib ki, bu ölkənin dövlət katibi Con Kerri də şənbə günü nüvə anlaşmasının icraya qoyulmasından öncə iranlı həmkarı ilə görüşüb, danışıqlar aparmaq üçün Vyanaya səfər edəcək.

ABŞ Dövlət Departameninin məsul şəxslərindən biri deyib: Con Kerri Vyanada Məhəmməd Cavad Zərif və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federiko Moqerini ilə görüşəcək.

İran və ABŞ xarici işlər nazirləri habelə, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi arasında görüşlərin baş tutmasının ardınca, nüvə anlaşmasının rəsmən icraya qoyulmasının elan olunması üzrə müştərək bəyanat qiraət olunmalıdır.

Bəyanatın qiraət olunmasından öncə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə proqramı barədə və İranın nüvə anlaşması çərçivəsində öz öhdəliklərinə əməl etməsini təsdiq məqsədi ilə son hesabatını təqdim etməlidir.

Teqlər