Yan 19, 2016 10:25 Asia/Baku
  • İranın dondurulmuş valyuta ehtiyatlarının köçürülməsinə başlandı
    İranın dondurulmuş valyuta ehtiyatlarının köçürülməsinə başlandı

İranın Mərkəzi Bankının rəisi ölkədən kənarda dondurulmuş maliyyə vəsaitinin köçürülməsinə başlandığını bildirib.

Vəliyullah Seyf jurnalistlər qarşısında deyib: ötən iki gün ərzində İran iqtisadiyyatı yeni bir atmosferin şahidi olub. Və ölkənin bank sistemində də yeni bir atmosfer hiss olunmaqdadır. Buna görə də, Mərkəz Bank məhdudlaşdırılmış vəsaitinin yerlərinin dəyişdirilməsi ilə bağlı 14 qərar qəbul edib.

İranın Mərkəzi Bankının rəisi əlavə edib: Mərkəzi Bank ötən gün öz dondurulmuş maliyyə vəsaitinin bir hissəsini Yaponiyadakı bir bankdan bir Almaniya bankına köçürülməsi barədə qərar qəbul edib. Həmçinin, Cənubi Koreyada dondurulmuş pullarının bir hissəsini də Ərəb Əmirliklərinin Milli Bankına köçürmək qərarına gəlib.

Vəliyullah Seyf həmçinin deyib: Sanksiyaların ləğv edilməsi ilə pul mübadilələrinin xərci də 10-15% azalmış olacaq. Bu da İran iqtisadiyyatının çiçəklənməsində təsirli ola bilər.

V.Seyf sanksiyaların ləğv edilməsi və nüvə anlaşmasının icra edilməsi ilə İranın dondurulmuş 32 milyard dollar pulunun azad edilməsindən xəbər verib və deyib: Bu məbləğin 28 milyard dolları Mərkəzi Banka məxsusdur və onun 4 milyard dolları riyala (İranın pul vahidi) çevirilərək, dövlətin payı olaraq, xəzinəyə əlavə olunacaq.

İranın Mərkəzi Bankının rəisi həmçinin deyib: Valyuta bazarında sabitliyin təmin edilməsi sanksiyaların ləğv edilməsindən sonra dövlətin əsas qayğılarından biri sayılır.

İki gün öncə də ABŞ İranın dondurulmuş pullarından yaranan 1.7 milyard dollar pulu İrana ödəyib.

Teqlər