Zərif: Ümidvarıq Ərəbistan ağlını başına yığsın
-
Zərif: Ümidvarıq Ərəbistan ağlını başına yığsın
İran İslam Respublikası xarici işlər naziri ümidvarlıq edib ki, Səudiyyə Ərəbistanı tezliklə ağlını başına yığacaq.
Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadla verdiyi məlumata görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Davosda Beynəxlalq İqtisad Forumunun 46-cı iclasının kənarında jurnalistlərə verdiyi müsahibədə bildirib: İran İslam Respublikası özünü Səudiyyə Ərəbistnaı ilə düşmənçilikdə görmür.
Zərif əlavə edib: İran İslam Respublikasının qənaəticə, Ərəbistan İranın 5+1 qrupu ilə nüvə anlaşması ardınca özünü itirib, təhrikedici addımlar atıb və məntiqi strategiyanı öncül seçməsi zəruridir.
İranın nüvə anlaşmasından qəzəblənən Ərəbistan xarici işlər naziri Adil əl-Cübeyr regionda gərginlik yaratmaq istiqamətində addım atır.