Fev 04, 2016 10:43 Asia/Baku
  • İran xarici işlər naziri Londona səfər edib
    İran xarici işlər naziri Londona səfər edib

Məhəmməd Cavad Zərif çərşənbə günü axşam Suriya xalqına yardım beynəlxalq konfransında iştirak etmək üçün Londona daxil olub.

İRNA-nın məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərifdaha öncə Tehranda Almaniya xarici işlər naziri Frank Valter Ştayn Mayer ilə birgə mətbuat konfransında İranın London iclasında iştirakını önəmli adlandırıb və deyib: Bu iclasda iştirak etməklə yanaşı, bu konfransda iştirak edən ölkə rəsmiləri ilə görüşlərimiz də olacaq. Bu görüşlərdə Suriya böhranı habelə, nüvə anlaşmasının icrası məsələləri barədə danışıqlarımız olacaq.

Londonda keçirilən Suriya xalqına yardım beynəlxalq konfransında ölkə başçıları, beynəlxalq təşkilatların rəhbələri, qeyri-hökumət təşkilatları başçıları və özəl şirkətlərin rəhbərləri iştirak edəcək.

Teqlər