Fev 04, 2016 10:50 Asia/Baku
  • Zərif suriyalı didərginlərin məsələsinə diqqətin göstərilməsini istəyib
    Zərif suriyalı didərginlərin məsələsinə diqqətin göstərilməsini istəyib

İran xarici işlər naziri suriyalı didərginlərin məsələlərinə diqqətin göstərilməsini istəyib.

İRNA-nın verdiyi məlumata görə, Məhəmməd Cavad Zərif "Suriya xalqına yardım" beynəlxalq konfransında iştirak etmək üçün Londona olan səfəri çərçivəsində dünən axşam bu şəhərə daxil olduqdan sonra jurnalistlər qarşısında deyib: Suriya xalqına yardım konfransı bu böhran ilə bağlı Tehranın baxışlarını açıqlamaq üçün münasib fürsət sayılır.

Zərif əlavə edib: London konfransının kənarında, bəzi konfrans iştirakçıları və İngiltərə rəsmiləri ilə də görüşlərimiz olacaq.

İran xarici işlər naziri həmçinin deyib: yaranmış fürsətdən nüvə anlaşmasının ən yaxşı formada icra edilməsi yollarını araşdırmaq habelə, Suriyada sülhə nail olmaq yolları barədə danışıqlar aparılacaq.

Suriya xalqına yardım beynəlxalq konfransı bu gün cümə axşamı Londonda işə başlyaır.

Bu iclasda 70-dən çox ölkənin dövlət başçıları, yüksək səviyyəli rəsmiləri, beynəlxalq qurum və təşkilatların rəhbərləri və beynəlxalq şirkətlərin direktorları iştirak edirlər.

Lodon iclasında suriyalı didərginlər üçün yardımların toplanması məsələsi araşdırılacaq.

Teqlər