Fev 05, 2016 08:31 Asia/Baku
  • Zərif: İran Suriya xalqının ağrılarını azaltmağa hazırdır
    Zərif: İran Suriya xalqının ağrılarını azaltmağa hazırdır

İranın xarici işlər naziri bildirib ki, İran İslam Respublikası Suriya böhranına son qoymaq, həmçinin bu ölkə xalqının əzab-əziyyətlərinin azaldılması sahəsində təsirli iştiraka hazırdır.

IRIB-nin məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə axşamı günü Londonda keçirilən Suriyaya Dəstək Beynəlxalq iclasında deyib ki, on minlərlə insanın həlak olması və yaralanması, Suriyanın daxili və xaricində milyonlarla nəfərin didərgin düşməsi, dağıntıların davam etməsi və bərbərliyin rəhmiscəsinə nümayiş etdirilməsi bütün bəşəriyyətin vicdanını təəssürləndiribdir.

Zərif vurğulayıb: İran suriyalı didərginlərə yardımların çatdırılması üzrə səylərini təmərküzləşdirib və keçmişdəki kimi ümumi xidmətlər göstərməyi, mühacir düşərgələrinə lazım olan vəsaitlər, tibbi təchizatlar, dərman və ərzaqın paylanmasını həyata keçirir.

İranın xarici işlər naziri bildirib ki, İran İslam Respublikası həmçinin Suriyanın Qırmızı Aypara Təşkilatının həmkarlığı ilə bu ölkə daxilində bütün mümkün olan məntəqələrə yardım çatdırmaqdadır. Bununla belə, Suriyadakı insan faciəsinin genişliyinə görə, hələ bir çox işlər qalıbdır.

Zərif Suriya böhranından yeganə çıxış yolunu, suriyalı-suriyalı dialoqu yolu ilə siyasi həll yolu adlandırıb və qeyd edib ki, xarici qüdrətlər və oyunçuların rolu, önşərt qəbul etdirmək yox, bu danışıqların həyata keçirilməsi üçün zəminin yaradılmasıdır.

İranın xarici işlər naziri deyib: Dünya ictimaiyyəti ahəngdar və sıx bir formada ekstremistlərin Suriyada yeni hərbi, maliyyə və insan qüvvəsi əldə etmələrinin qarşısını almalıdır və bu istiqamətdə birinci real və mühüm addım, terror qruplarından neftin satın alınması və bu sahədə əldə olunmuş maliyyə gəlirlərinin köçürülməsinin qarşısnıın alınmasıdır.

Londonda keçirilən Suriyaya Dəstək Beynəlxalq iclasında 70-dən çox ölkənin dövlət başçısı, beynəlxalq qurumlar, qeyri-hökumət təşkilatları və özəl şirkətlərin nümayəndələri iştirak ediblər.

Teqlər