Fev 07, 2016 16:54 Asia/Baku
  • Zərif: İran müqavimət, anlaşma, mübarizə və müzakirə potensialına malikdir
    Zərif: İran müqavimət, anlaşma, mübarizə və müzakirə potensialına malikdir

İran xarici işlər naziri deyib: İran İslam Respublikası müqavimət, anlaşma, mübarizə və müzakirə potensialına malikdir.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar günü Tehranda bir mərasimdə İslam İnqilabının qələbəsinin ildönümünün gəlib çatması münasibəti ilə İran xalqını təbrik edərək deyib: İranın bütün izzəti, başıucalığı və milli qüdrəti İslam İnqilabının və İmam Xomeyninin (rə) yadigarının əsil mədəniyyəti və təfəkküründən qaynaqlanmışdır. Yəni müstəqillik və özünəinam mədəniyyətidir.

İran xarici işlər naziri əlavə edib: Hamı inanır ki, İran İslam Respublikası bir qüdrət, mədəniyyətli, uzun və parlaq keçmişi və tarixə malik xalq olaraq beynəlxalq səhnədə iştirak edə bilər.

İranın xarici diplomatiya idarəsinin rəhbəri bildirib: Həzrət İmam Xomeyninin (rə) "Amerika heç bir iş görə bilməz" deməsinin əsası budur ki, Amerika bütün qüdrət deyil və əgər Amerika bir şeyi qəbul etmişsə, mütləq bu digərlərinin zərərinə deyildir. Çünki belə təsəvvür buna bağlıdır ki, Amerika supergücdür və hamı onu qəbul etməlidir.

İran xarici işlər naziri əlavə edib: İran İslam Respublikasının qüdrəti İslam İnqilabının və İslam İnqilabının əsil müraciətinin bərəkəti ilə əldə olunmuşdur.

Teqlər