Fev 18, 2016 18:12 Asia/Baku
  • Zərif: Avropa Birliyi İranla bir çox sahələrdə əməkdaşlığa hazırdır
    Zərif: Avropa Birliyi İranla bir çox sahələrdə əməkdaşlığa hazırdır

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib: Avropa Birliyi Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası və əməkdaşlıqlara zəmanətin verilməsinə maraq göstərməkdən əlavə, hazırda İranla digər sahələrdə əməkdaşlığa hazırdır.

İRİB-in məlumatına görə, Məhəmməd Cavad Zərif çərşənbə axşamı günü Brüsselə səfər proqramı sona çatdıqdan sonra jurnalistlərə verdiyi açıqlamada bu səfərin məqsədlərini açıqlayıb.

Zərif deyib: Əhatəli Müştərək Təşəbbüs Proqramından sonra Avropa Birliyinin hərtərəfli əməkdaşlıq üçün çoxlu marağının şahidiyik. Bu da siyasi, iqtisadi və regional əməkdaşlıqlara şamil olur.

Zərif deyib: Avropa Birliyi Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası, bir nümunəsi SWIFT olan əməkdaşlıqlara zəmanətin verilməsindən əlavə, hazırda digər əməkdaşlıq sahələrində də işləyir. Avropa Parlamentinin rəhbəri həmçinin xanım Mogerini ilə bank əməkdaşlıqları üzrə danışıqları buna misal göstərmək olar.

İran xarici işlər nazirinin sözlərinə görə, bu səfər çərçivəsində Yəmən və Suriya müharibələri ilə əlaqədar danışıqlar aparılıb.

Zərif bildirib: Avropa ölkələri ilə geniş əməkdaşlıq üçün şərait yaranıb. Bu ölkələr İranın regiondakı rolunu və İranla ciddi əməkdaşlıqlara şəraitin yaradılmasını yaxşı formada anlayıblar və gələcəkdə İran və Avropanı yaxşı əlaqələrin gözlədiyini hiss edirik.

Teqlər