İranın neft sənayesində ildə 45 milyard dollar xarici investisiya cəlb oluna bilər
https://azeri.sahartv.ir/news/İran-i209608-İranın_neft_sənayesində_ildə_45_milyard_dollar_xarici_investisiya_cəlb_oluna_bilər
İranın neft nazirinin beynəlxalq və ticarət məsələləri üzrə müavini İslam Respublikasının xarici investisiyaların cəlb olunması üzrə potensiallarından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2016 09:14 Asia/Baku
  • İranın neft sənayesində ildə 45 milyard dollar xarici investisiya cəlb oluna bilər
    İranın neft sənayesində ildə 45 milyard dollar xarici investisiya cəlb oluna bilər

İranın neft nazirinin beynəlxalq və ticarət məsələləri üzrə müavini İslam Respublikasının xarici investisiyaların cəlb olunması üzrə potensiallarından xəbər verib.

İran neft nazirinin beynəlxalq və ticarət məsələləri üzrə müavini Əmir Hüseyn Zamaniniya CNN telekanalı ilə müsahibədə deyib: İran öz neft istehsalını sanksiyalardan öncəki dövrdəki səviyyəyə çatdırmaq niyyətindədir.

Zamaniniya İranın neft sənayesi və bazarının çox cazibəli olduğunu bildirərək əlavə edib: İranda neftin istehsal xərci az və mühəndislik mövqeyi çox yaxşıdır və İran universitetlərindən yüksək səviyyəli mühəndislər yetişmişlər.

İranın neft nazirinin müavini bildirib: İslam Respublikası regionda yüksək səviyyədə insan resursu və ildə minium 40-45 milyard dollar xarici investisiya cəlb etmək imkanına malikdir.