Mart 06, 2016 14:48 Asia/Baku
  • Zərif: İranın sionist rejim ilə bağlı mövqeyi elan olunacaq
    Zərif: İranın sionist rejim ilə bağlı mövqeyi elan olunacaq

İran xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatının İndoneziyada keçirilən fövqəladə iclasında İran İslam Respublikasının sionist rejimin cinayətləri ilə bağlı mövqeyinin elan olunacağını bildirib.

İRNA bildirir ki, Məhəmməd Cavad Zərif bazar günü Cakartaya daxil olduğu zaman jurnalistlər qarşısında deyib: Bir il öncə Fələstin məsələsini araşdırmaq üçün İslam Əməkdaşlıq Təşkilatından fövqəladə sammit təşkil etməsini istədik və bir il sonra bu iclas İndoneziyanın təşəbbüskarlığı ilə keçirilir.

M.Zərif bu iclası vaxtında keçirdiyi üçün İndoneziya dövlətinə təşəkkür edib və deyib: İran İslam Respublikası İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasında Fələstin məsələsi ilə bağlı öz prinsipial xarici siyasəti əsasında sionist rejimin cinayətləri ilə bağlı mövqeyini bəyan edəcək və sionist rejimin İslam dünyası üçün malik olduğu təhlükələri gündəmə gətirəcək.

İran xarici işlər naziri İslam Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün bu gün Cakartaya səfər edib.

Teqlər