İranın neft ixracatı gündə 1,8 milyon barelə çatıb
İran Milli Neft Şirkətinin sərəncamçı müdiri ölkənin xam neft ixracatının gündə bir milyon səkkiz yüz min barelə çatmasından xəbər verib.
Roknoddin Cəvadi deyib: Sanksiyadan sonrakı inkişaf altıncı beşillik inkişaf proqramında neft sənayesinin əsas mexanizmi olacaq.
İran Milli Neft Şirkətinin sərəncamçı müdiri bu şirkətin istehsal və ixracat proqramlarına nəzər salıb. O, ölkənin gündəlik xam neft istehsalının gələn il dörd milyon barelə çatmalı olduğunu dilə gətirərək, bildirib ki, xam neft ixracatı prosesi də davam edəcəkdir.
O, cari ilin əvvəlindən bəri təqribən 220 milyard kubmetr qaz hasilatından xəbər verərək, əlavə edib: Gələn il ölkənin qaz hasilatı 260 milyard kubmetrdən yuxarıya çatacaq və bu rəqəm altıncı beşillik inkişaf proqramının sonunadək ildə təqribən 400 milyard kubmetr olacaqdır.