Dünyanın enerji bazarında İranın irimiqyaslı iştirakı
İranın neft naziri İslam Respublikasının önəmli strategiyasını dünyanın enerji bazarında geniş iştirak adlandırıb.
İRNA-nın məlumatına görə, İranın neft naziri Bijən Namdar Zəngənə bu gün deyib: Müqavimət iqtisadiyyatı prinsipinin mehvəri üzərində neft sənayesinin genişləndirilməsi məqsədləri və proqramlarının gerçəkləşməsi ilə İranın dünyanın neft bazarındakı itirilən payı geri alındı.
İranın neft naziri əlavə edib: Sanksiyaların ləğvi ilə ölkənin daxili və beynəlxalq əlaqələr və əməkdaşlıqlarda yeni atmosferin açılması reallaşdı.
İranın neft nazirinin sözlərinə görə, Cənubi Pars yatağının 15 və 16-cı fazalarının genişləndirilməsi və təkmilləşdirilməsi layihəsi, ölkənin beynəlxalq dairələrdə neft sənayesinin yeri və mövqeyinin geri alınması istiqamətində səylərin göstərilməsi, xam neft və qaz kondensatların istehsalı və ixracatının artırılması İranın dünya enerji bazarındakı digər uğurlarından olmuşdur.
İranın neft naziri həmçinin deyib: Böyük layihələrin icrası üçün texnologiya, yerli və xarici investisiyanın cəlb olunması, minlərlə qaz layihələrinin istifadəyə verilməsi, Fars Körfəzi Ulduzu zavodunun genişləndirilməsinin sürətləndirilməsi, İraqa qaz ixracı üçün müqavilənin imzalanması və stansiyalara qaz çatdırmanın genişləndirilməsi son aylarda atılan önəmli addımlardan olmuşdur.