İranın xarici işlər naziri Türkiyəyə daxil olub
-
İranın xarici işlər naziri Türkiyəyə daxil olub
İranın xarici işlər naziri Türkiyənin yüksək vəzifəli rəsmiləri ilə görüşüb, müzakirələr aparmaq üçün İstanbula daxil olub.
IRIB-nin məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif şənbə günü İstanbula daxil olarkən deyib: Suriyanın durumu xüsusiyyət təşkil etməklə region məsələlərinin həssaslığına görə, İran ilə Türkiyə arasında məşvərət və fikir mübadiləsi önəmliidir.
Zərif Türkiyəyə birgünlük səfərdə qərar üzrə bu ölkənin prezidenti, baş naziri və xarici işlər naziri ilə görüşməlidir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında iştirak İran xarici işlər nazirinin Türkiyəyə səfərinin digər proqramlarından elan olunubdur.
İranın xarici işlər nazirinin Türkiyəyə səfəri elə bir haldadır ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu özünün son Tehran səfərində Ankaranın Tehranla əlaqələrini genişləndirmək üzrə əzmkarlığını vurğulamışdı.