İranın prioriteti, qonşu ölkələrlə ticarət əlaqələrinin genişləndirilməsidir
https://azeri.sahartv.ir/news/İran-i211756-İranın_prioriteti_qonşu_ölkələrlə_ticarət_əlaqələrinin_genişləndirilməsidir
İranın rabitə və informasiya texnologiyaları naziri deyib ki, ixracatın genişlənməsi üçün qonşu ölkələrlə ticari və iqtisadi əlaqələrin genişləndirilməsi İran dövlətinin proqramlarının prioritetidir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 19, 2016 13:15 Asia/Baku
  • İranın prioriteti, qonşu ölkələrlə ticarət əlaqələrinin genişləndirilməsidir
    İranın prioriteti, qonşu ölkələrlə ticarət əlaqələrinin genişləndirilməsidir

İranın rabitə və informasiya texnologiyaları naziri deyib ki, ixracatın genişlənməsi üçün qonşu ölkələrlə ticari və iqtisadi əlaqələrin genişləndirilməsi İran dövlətinin proqramlarının prioritetidir.

IRIB-nin məlumatına görə, İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi şənbə günü Mazandaran vilayətinin Babolsər şəhərində əlavə edib: Özəl sektora üstünlük vermək ixracatın genişlənməsinə kömək edəcək.

Vaizi İranın Rusiya, Azərbaycan Respublikası və Türkiyə ilə ticari və iqtisadi əlaqələrini gücləndirmək ardınca olduğunu bildirərək, deyib ki, İran-Türkiyə Müştərək Komissiyasının iclası 2016-cı il aprelin dördündə Türkiyədə iranlı və türkiyəli tacirlərin iştirakı ilə keçiriləcək.

İranın rabitə və informasiya texnologiyaları naziri əlavə edib: İranlı ixracatçılar öz məhsul və mallarını vilayət həmkarlıqları yolu ilə Rusiya, Azərbaycan Respublikası və Türkiyəyə ixrac edə bilərlər.