Zərif və Çavuşoğlunun mətbuat konfransı
-
Zərif və Çavuşoğlunun mətbuat konfransı
İran və Türkiyənin xarici işlər nazirləri birgə mətbuat konfransında iki ölkənin ikitərəfli əlaqələr və regional dəyişikliklər qarşısındakı mövqelərini şərh ediblər.
İstanbulda səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif şənbə günü öz türkiyəli həmkarı ilə birgə mətbuat konfransında İran və Türkiyənin Yaxın Şərq hadisələri barədəki mövqelərini olduqca yaxın adlandırıb və deyib ki, İran və Türkiyə Suriyanın birliyini vurğulayırlar.
Məhəmməd Cavad Zərif İranın Suriyanın bölünməsi üzrə bəzi səylərlə müxalif olduğunu bildirib və qeyd edib ki, İranın siyasəti Suriya daxil olmaqla ölkələrin birliyi və hakimiyyətinə hörmətə söykənir.
Zərif Suriyadakı bütün döyüşən tərəfləri atəşkəsə və Suriyadakı hazırkı dincliyin davam etdirilməsinə çağırıb və qeyd edib ki, İran bütün suriyalı tərəfləri Suriya böhranına son qoymaq üçün danışıqların davam etdirilməsinə dəvət edir.
İranın xarici işlər naziri mətbuat konfransının davamında şənbə günü Türkiyənin İstanbul şəhərində baş vermiş və dörd nəfərin həlak olması və 30 nəfərdən yuxarı insanın da yaralanması ilə nəticlənmiş terror partlayışını pisləyib və Türkiyə xalqına başsağlığı veribdir.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da bu mətbuat konfransında ökəsinin üç milyondan yuxarı suriyalı didərgini qəbul etdiyini deyib və bildirib ki, İran və Türkiyə Suriyanın ərazi bütövlüyünün qorunması üçün səy göstərəcəklər.
Çavuşoğlu əlavə edib: Türkiyə terrorizmlə mübarizədə və regionun təhlükəsizliyinə köməkdə İranla həmkarlıq edəcək.
Türkiyənin xarici işlər naziri həmçinin iki ölkə arasında turizm əlaqələrinin gücləndirilməsini istəyib.
İranın xarici işlər naziri şənbə günü səhər Türkiyəyə daxil olub və qərar üzrə Türkiyənin prezidenti və baş naziri ilə görüşməlidir.