Apr 10, 2016 15:33 Asia/Baku
  • Ruhani: İran Avropa ilə əməkdaşlığın genişlənməsini alqışlayır
    Ruhani: İran Avropa ilə əməkdaşlığın genişlənməsini alqışlayır

İran prezidenti deyib: Avropa Birliyi-İran hərtərəfli həmkarlıqlarının genişlənməsi mürəkkəb regional və beynəlxalq məsələlərin həllində xüsusi önəm və rola malikdir.

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Tehranda Estoniyanın xarici işlər naziri Marina Kalcurandla görüşdə əlavə edib: İran və Estoniya əməkdaşlıqların genişləndirilməsi və dərinləşdirilməsi üçün geniş imkanlara malikdirlər ki, bu imkanlardan münasib bəhrələnmə ilə tərəfləri maraqlandıran sahələrdə əlaqələrin inkişafı üçün yeni qapılar açılmalıdır.

İran İslam Respublikasının prezidenti sonra terrorizm məsələsi və onunla ümumi mübarizə vacibliyini vurğularaq, deyib: İran İslam Respublikası Afrikanın şimalından tutmuş bir qrup Yaxın Şərq ölkəsinədək bəzi ölkələrdəki səbatsızlıqdan nigarandır.

Ruhani habelə İranın milyonlarla didərgin və mühacir qəbul etməsi və terror qrupları ilə mübarizə üçün region dövlətləri və xalqlarına yardım göstərməsinə toxunaraq, deyib: Məşvərəti gücləndirməklə regionda sülhün gücləndirilməsi istiqamətində faydalı, konstruktiv və təsirli həmkarlıqlar formalaşmalıdır.

Estoniyanın xarici işlər naziri Marina Kalcurand da İran İslam Respublikasını mühüm regional və beynəlxalq oyunçulardan biri adlandırıb və bildirib ki, Estoniya tərəfləri maraqlandıran bütün sahələrdə Tehranla əməkdaşlıqların genişlənməsini istəyir.

Teqlər