İran xarici işlər naziri Suriya sülh müzakirələrini dəstəkləyib
-
İran xarici işlər naziri Suriya sülh müzakirələrini dəstəkləyib
İran İslam Respublikasının xarici işlər naziri bir daha Tehranın Suriya dövləti ilə müxalif qüvvələr arasındakı sülh müzakirələrini dəstəklədiyini bildirib.
IRNA-nın məlumatına görə, İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar günü Tehranda Finlandiya parlamentinin xarici əlaqələr komitəsinin sədri Anti Kaykonnen ilə görüşdə deyib ki, İran İslam Respublikası Suriya sülh müzakirələri prosesini dəstəkləyir və bütün məsələlər Suriya xalqının iradəsi və hakimiyyətini himayəyə əsasən formalaşmalıdır.
Zərif əlavə edib: İran həmçinin atəşkəs istiqamətində Yəməndəki hazırkı dəyişikliklər prosesini alqışlayır və Yəmən böhranının həll yolunu elə əvvəldən hərbi və məzlum Yəmən xalqının hədəfə alınması bilməyib və bilməyir.
Zərif habelə İran-Finlandiya həmkarlıqlarının perspektivini irəliyə doğru hesab edərək, ümidvarlıq edib ki, iki ölkə parlamentlərinin iradəsi əsasında qarşılıqlı həmkarlıqlar daha da genişlənəcək.
Finlandiya parlamentinin xarici əlaqələr komitəsinin sədri Anti Kaykonnen də bu görüşdə İran xarici işlər nazirinin region böhran və problemləri, eləcə də iki ölkə əlaqələri barədəki dəlil və baxışlarını səmərəli, məntiqli və faydalı adlandırıb.