Zərif: ABŞ nüvə anlaşmasının icrası yolunda duran maneələri qaldırmalıdır
https://azeri.sahartv.ir/news/İran-i215752-zərif_abŞ_nüvə_anlaşmasının_icrası_yolunda_duran_maneələri_qaldırmalıdır
İran xarici işlər naziri Amerikanın nüvə anlaşmasının icrası yolunda duran maneələri aradan qaldırmalı olduğunu dedi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 20, 2016 07:18 Asia/Baku
  • Zərif: ABŞ nüvə anlaşmasının icrası yolunda duran maneələri qaldırmalıdır
    Zərif: ABŞ nüvə anlaşmasının icrası yolunda duran maneələri qaldırmalıdır

İran xarici işlər naziri Amerikanın nüvə anlaşmasının icrası yolunda duran maneələri aradan qaldırmalı olduğunu dedi.

İRİB-nin verdiyi məlumata görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ dövlət katibi Con Kerri ilə Nyu-Yorkda görüşüb, danışıqlar apardıqdan sonra deyib: Nüvə anlaşmasının icrası və Vaşinqtonun öz öhdəliklərinə əməl etməsi ilə İranın nüvə anlaşmasından faydalana bilməsi yolları barədə ABŞ dövlət katibi ilə danışıqlarımız oldu.

Zərif əlavə edib: Bütün tərəflər o cümlədən İran İslam Respublikası nüvə anlaşmasının icrasından yararlanmaq imkanına malikdir.

ZƏrif cümə günü bir daha Con Kerri ilə görücəyindən xəbər verib.