Azərbaycacn və Ermənistan istəsə...
-
Caberi-Ənsari
İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran Qarabağ münaqişəsinin həllində daha artıq fəal olamağa hər zaman hazırdırş
Caberi-Ənsari mətbuat brifinqində deyib: İranın bu münqişənin daha yaxşı həlli üçün söhbət edir. O, deyir ki, biz bu çərçivədə daha fəal rol oynamağa hazırıq. Bu şərtlə ki, Azərbaycan və Ermənistan dövlətləri bizdən rəsmən kömək və ya vasitəçilik barədə xahiş etsinlər. Biz də bu münaqişənin həllinə kömək üçün addım atmağa hazırıq.Amma nə qədər ki, belə bir xahiş edilməyibdir, təbii olaraq, biz də bu sahədə mövcud olan mexanizmləri himayə edir və ona tabe oluruq və ümid edirik ki, beynəlxalq təşkilatların bu münaqişənin həlli sahəsində ciddi rol oynmaları ilə bu münaqişənin həllinə zəmin yaranmış olsun.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İran İslam Respublikasının sülhsevərliliyini vurğulayaraq, deyib: Biz daim açıq şəkildə bildirmişik ki, hər iki ölkə- Ermənistan və Azərbaycanı sülhə çağırırıq. Daim bu addıma söykənən diplomatik fəaliyyətləri həyata keçirmişik.
Caberi-Ənsari əlavə edib: Regionda əmin-amansızlıq və səbatsızlıq mütləq təhlükəli nəticələr verə və səbatsızlı və əmin-amansızlıq qurşağını genişləndirə bilər. Bu üzdən, daim istər telefon əlaqələrində, istərsə də müzakirələrdə bu mövqeyini bildirərək, xahiş etmişik ki, bu məsələnin dinc həllinə doğru irəliləsinlər. Və icazə verməsinlər ki, regionda səbatsızlıq genişlənsin. Belə ki, terrorizm və ifratçılıq böhranı mühüm bir məsələyə çevrilibdir.