İnqilab Rəhbəri bir qrup məhkumun əfvi və cəzasının yüngülləşdirilməsi ilə razılaşdılar
https://azeri.sahartv.ir/news/İran-i218998-İnqilab_rəhbəri_bir_qrup_məhkumun_əfvi_və_cəzasının_yüngülləşdirilməsi_ilə_razılaşdılar
İslam İnqilabının Böyük Rəhbəri ictimai məhkəmələr, dövlət işində təqsirkar sayılan və Silahlı Qüvvələrin Ədliyyə Təşkilatında məhkum olunmuş məhbuslardan bir qrupunun əfv olunması və cəzasının yüngülləşdirilməsi təklifi ilə razılaşıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 23, 2016 13:01 Asia/Baku
  • İslam İnqilabının Böyük Rəhbəri
    İslam İnqilabının Böyük Rəhbəri

İslam İnqilabının Böyük Rəhbəri ictimai məhkəmələr, dövlət işində təqsirkar sayılan və Silahlı Qüvvələrin Ədliyyə Təşkilatında məhkum olunmuş məhbuslardan bir qrupunun əfv olunması və cəzasının yüngülləşdirilməsi təklifi ilə razılaşıblar.

İslam İnqilabının Böyük Rəhbərinin informasiya portalının məlumatına görə, İranın Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Sadiq Amuli Laricani İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xameneiyə bir məktubda şaban bayramları, həmçinin Xürrəmşəhrin azad olunmasının ildönümünün gəlib çatması münasibəti ilə Məhkəmə Hakimiyyətinin əfv və bağışlanma mərkəzi komissiyasında lazımi şəraitə malik olduğu müəyyənləşən 669 məhbusun əfvi və ya cəzasının yüngülləşdirilməsini təklif edib. Bu təklif İslam İnqilabının Böyük Rəhbəri tərəfindən qəbul olunub.