İnqilab Rəhbəri: Düşmənlər İran xalqının müqavimətindən çox narahatdırlar
İslam İnqilabının Böyük Rəhbəri müqavimət, düşmənin ardınca getməmək, inqilab və islam mentalitetinin qorunmasını İran xalqı və islam quruluşunun iqtidarının əsas amili adlandırıb və xatırladıblar: ABŞ və digər qüdrətlər bu məsələdən çox narahatdırlar.
Beytül-Müqəddəs əməliyyatı və Xürrəmşəhrin azad olunmasının ildönümü günü ilə yanaşı İslam İnqilabının Böyük Rəhbəri İmam Hüseyn (ə) Universiteti məzunlarının mərasimində iştirak ediblər.
İmperializmin İran xalqının müqavimətindən əsəbi olduğunu deyən İnqilab Rəhbəri əlavə ediblər: İmperialist cəbhə ötən 38 il ərzində İslam İnqilabını məğlub etmək üçün müxtəlif vasitələr və məkrli planlardan istifadə etməsinə baxmayaraq nakam qalmışdır.
İslam İnqilabının Böyük Rəhbəri İslam Respublikası və imperialist cəbhənin bugünkü məsələsini "ardıcıllıq" adlandırıb və deyiblər: Onlar bütün vasitələr, təzyiqlər, mədəni, iqtisadi, siyasi və təbliğat səyləri və xain amillərindən istifadə etdilər ki, islam quruluşunu diz çökdürsünlər və onu ardınca getməyə məcbur etsinlər. Lakin imperialistin İran xalqından çox narahat olmasının səbəbi xalqın imperializmin ardınca getməməsidir.
İnqilab Rəhbəri xatırladıblar: İdeologiya yəni həmin islam təfəkkürü İran xalqının küfr və imperialist cəbhənin sözünün altına getməməsinə səbəb olur.
Həzrət Ayətullahülüzma Xamenei nüvə enerjisi, raket qüdrəti və insan haqları kimi məsələlərin irəli sürülməsini bəhanə adlandırıb və bildiriblər: Bütün bu düşmənçilik və bəhanələrin əsas səbəbi imperialistin ardıcılı olmamaqdır.
İnqilab Rəhbəri bildiriblər: Son vaxtlar İranın raket qüdrəti barəsində böyük qalmaqal yaratdılar. Lakin bilsinlər ki, bu hay-küylərin təsiri olmayacaq və onlar heç bir qələt edə bilməzlər.