May 26, 2016 14:20 Asia/Baku
  • İnqilab Rəhbəri Xübrəqan Məclisi sədri və üzvlərini qəbul ediblər
    İnqilab Rəhbəri Xübrəqan Məclisi sədri və üzvlərini qəbul ediblər

Həzrət Ayətullahülüzma Xamenei Rəhbərlik Xübrəqanı Məclisinin "mahiyyəti və inqilabçı yolu"nu şərh edərək, deyiblər: Quruluşun qalması və inkişafının habelə, İnqilabın məqsədlərinin gerçəkləşməsinin yeganə yolu "ölkənin həqiqi iqtidarı" və "böyük cihad" yəni düşmənə boyun əyməməkdir.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei 5-ci dövr Rəhbərlik Xübrəqanı Məclisi üzvləri və sədri ilə görüşdə, bu məclisi həqiqətən böyük bir fenomen adlandırıblar.

O həzrət seçkilərin yaxşı formada keçirilməsinə, xalqın seçkilərdə geniş formada iştirak etməsinə, güclü məclisin təşkil olunmasına görə Allaha şükür edib və deyiblər: Rəhbərlik Xübrəqanı Məclisi ilahi mahiyyətə malikdir və hətta, konstitusiyada nəzərdə tutulmuş vəzifələri nəzərə alınmazsa belə, əzəmətli və təsirli bir fenomen sayılır.

İslam İnqilabının Böyük Rəhbəri xalq tərəfindən seçilmiş və təsdiq edilmiş din alimlərindən ibarət bir toplumun formalaşmasını öz-özlüyündə böyük əhəmiyyətə malik olan məsələ adlandırıb və deyiblər: Bu ali toplum fikir mübadiləsi, koordinasiya və təsirli fəaliyyət üçün böyük potensiallara malikdir.

Həzrət Ayətullahülüzma Xamenei Rəhbərlik Xübrəqanı Məclisinə üzv alimlər və mütəfəkkirlər arasındakı əlaqəyə və onların ümimi fikrin formalaşmasında malik olduqları təsir gücünə işarə edərək, deyiblər: Belə bir toplum konstitusiyada nəzərdə tutulmuş vəzifəsinə əməl etmək zamanının gəlib çatacağı vaxta kimi qeyri-aktiv olmamalıdır.

İnqilab Rəhbəri daha sonra Rəhbərlik Xübrəqanı Məclisinin yolu və məqsədlərinin elə İnqilabın yolu və məqsədləri olmalı olduğuna təkid edərək, deyib: İslam hakimiyyəti, azadlıq, müstəqillik, ictimai ədalət, ümimi rifah, yoxsulluq və cəhalət ilə mübarizə habelə, hazırda Qərbdə cərəyan edən əxlaqi, siyasi, ictimai və iqtisadi pozğunluqların qarşısında müqavimət və hegemonçuluq quruluşu qarşısında dayanmaq İran xalqının İslam İnqilabının əsas məqsədlərini təşkil edir.

O həzrət istilaçılıq hegemonçuluq quruluşunun zatı və təbiəti adlandırıb və deyiblər: hegemonçuluq quruluşu öz fitrətinə uyğun olaraq dünya xalqlarını istila altına almağa çalışır. Bunun müqabilində müqavimət göstərməyən hər bir xalq və dövlət onun tələsinə düşmüş olur.

İslam İnqilabının Böyük Rəhbəri həmçinin, 5-ci Rəhbərlik Xübrəqanı Məclisi üzvlərinə xitabən deyiblər: Durğunluq qəbuledilməzdir. İslam və İnqilabın hədəf və məqsədlərinə çatmaq üçün davamlı olaraq hərəkət etmək, dəyişiklik və inkişaf prinsipini həmişə diqqət mərkəzində saxlamaq lazımdır.

Teqlər