İyun 13, 2016 13:57 Asia/Baku
  • İran xarici işlər naziri
    İran xarici işlər naziri

İran xarici işlər naziri: Suriya böhranının həll yolu diplomatik həll yoludur və hərbi yolla əldə olunmayacaqdır.

İran xarici işlər naziri norveçli həmkarı ilə keçirdiyi müştərək mətbuat konfransında deyib: Suriya böhranının həll yolu siyasi həll yoludur və bu böhran hərbi yolla həll olunmayacaq.

Cənab Zərif nüvə məsələsi və Norveçin İran və Qazaxıstanla zənginləşdirilmiş uranın mübadiləsi üzrə roluna toxunaraq, nüvə müzakirələrinin nəticəyə çatmasında Oslonun roluna görə öz təşəkkürünü bildirib.

Zərif davamında Borge Brende ilə regional məsələlər barəsindəki danışıqlarına toxunaraq deyib: Suriya böhranının həlli bir hərbi cəhəti olacaqdır. Amma bu ölkə böhranının həlli hərbi yolla əldə olunmayacaq. Bizim qənaətimizcə, Suriya böhranı diplomatik yolla həll olunacaq.

İran xarici işlrə naziri həmçinin Suriya böhranının həlli üçün İranın dörd maddəlik layihəsini həlledici adlandırıb.

Cənab Zərif həmçinin İran və Norveçin əməkdaşlıqları barədə deyib: İki ölkə müxtəlif sahələr, o cümlədən balıqçılıq, neft və regional əməkdaşlıqlar sahəsində əməkdaşlıq edə bilərlər.

Məhəmməd Cavad Zərif və Borge Brende ikitərəfli əlaqələr, iki ölkənin siyasi, iqtisadi və bank əməkdaşlıqları barəsində məsləhətləşmə aparıblar.

Tərəflər bu görüşdə Suriya böhranı, böhrana son qoyulmasının yolları, İraq və Əfqanıstanın vəziyyəti barədə fikir mübadiləsi aparıblar.

Neft və qaz, ətraf mühit sahələrində əməkdaşlıq barəsində fikir mübadiləsi İran və Norveç xarici işlər nazirlərinin danışıqlarının digər mehvərlərini təşkil edib.

Teqlər