Zərif: Parlament əlaqələri xalqların bir-birilərini tanımalarının güclənməsilə nəticələnəcək
-
Məhəmməd Cavad Zərif
İranın xarici işlər naziri İran-Fransa parlament əlaqələrini iki ölkə xalqlarının bir-birilərini tanımalarının gücləndiricisi adlandırıb.
IRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Paris səfərinin davamında Fransanın Xarici işlər, Müdafiə və Silahlı Qüvvələr Komissiyasında deyib: Gələn həftə Tehran Fransanın parlament sədrini qarşılayacaq.
İranın xarici işlər naziri sonra terrorizmlə mübarizə məsələsinə toxunub və belə deyib: Terrorizmlə mübarizə beynəlxalq səy tələb edir və İran terrorizmin qurbanı kimi bu problemin həli üçün hər cür həmkarlığa hazırdır.
Zərif deyib: Bu gün regional məsələlər sahəsində bir məhəllə ilə məhdudlaşan heç bir problem olmayacaq və təəssüflə, Fransada terror cinayətlərinin baş verməsi belə bir reallığı göstərdi ki, hazırkı dünyada heç bir problem bir məhəlləyə aid deyil və problemlər bir məhəllədən digərinə yayılır.