İranın ehtiyat valyuta fondunun həcmi 100 milyard dollar elan edildi
https://azeri.sahartv.ir/news/İran-i228232-İranın_ehtiyat_valyuta_fondunun_həcmi_100_milyard_dollar_elan_edildi
İran İslam Respublikasının İxracata Zəmanət Fondunun icraçı müdiri İranın valyuta ehtiyatının 100 milyard dollar olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 04, 2016 15:43 Asia/Baku
  • İranın ehtiyat valyuta fondunun həcmi 100 milyard dollar elan edildi
    İranın ehtiyat valyuta fondunun həcmi 100 milyard dollar elan edildi

İran İslam Respublikasının İxracata Zəmanət Fondunun icraçı müdiri İranın valyuta ehtiyatının 100 milyard dollar olduğunu bildirib.

İRİB-nin məlumatına görə, Kamal Seyid Əli cümə axşamı İranın valyuta ehtiyatının 100 milyard dollardan çox olduğunu deyərək, İranda investisiya riskinin azaldığını vurğulayıb.

Seyid Kamal Seyid Əli deyib: Avropa İqtisadi İnkişaf Əməkdaşlıqları Təşkilatında İranın risk səviyyəsinin azaldılması məsələsi gündəmə gətirilib.

İranın İxracata Zəmanət Fondunun icraçı müdiri həmçinin, ixracatçılara 4 növ üzrə yeni sığorta xidmətlərinin təqdim edilməsinə işarə edib və deyib: Bu növə daxil olan xidmətlər müvəqqəti gömrüyə daxil olmaya zəmanətin verilməsi, valyuta məzənnəsində dəyişikliyə zəmanətin verilməsi, layihələrə məxsus zəmanətnamələrin verilməsi və daxili etibar sığortasıdır.