Avq 18, 2016 18:23 Asia/Baku
  • Təyyibniya: İran xarici investorlar üçün təhlükəsiz ölkədir
    Təyyibniya: İran xarici investorlar üçün təhlükəsiz ölkədir

İranın iqtisad və maliyyə naziri çərşənbə günü Pekində keçirilən "İranda İnvestisiya Fürsətləri" konfransında İranı xarici investorlar üçün regionun ən təhlükəsiz ölkəsi adlandırıb.

İRNA-nın məlumatına görə, Əli Təyyibniya deyib: İran dünyanınmüxtəlif ölkələri ilə enerji, məhsul və ticarət mübadilələri məqsədilə misilsiz mövqedədir və regiondakı son böhranlara baxmayaraq, İran xarici investisiyanı cəzb etmək üçün istisna mövqeyə malik təhlükəsiz ölkədir.

İranda investisiya imkanlarını açıqlayan Təyyibniya investisiya gəliri, nəqli imkanları, həmçinin xarici investorlar üçün məhsul ixracatına icazəyə ehtiyacın duyulmamasına toxunub.

Təyyibnia bildirib: İran və Çin arasında imzalanan ikitərəfli anlaşmaya əsasən, İranda Çin investorları üçün bütün sadələşdirmələr tətbiq olunmuşdur.

İranın iqtisad və maliyyə naziri həmçinin deyib: Ötən illərdə İranla ticarətə tətbiq olunan məhdudiyyətə baxmayaraq, Tehran-Pekinin iqtisadi əlaqələri azalmadı, münasib inkişafı da əldə etdi.

Təyyibniya xatırladıb: Son illərdə iki ölkənin əməkdaşlıqlar prosesi İranın Çinə adi şərik deyil, önəmli və strateji şərik olaraq baxdığını göstərir və Çin prezidentinin yanvar ayında Tehrana səfərində bu məsələ İranın yüksək səviyyəli rəsmiləri tərəfindən vurğulandı.

İranın iqtisad və maliyyə naziri və onu müşayiət edən heyət İran və Çinin müştərək iqtisadi komissiyasının 16-cı iclasında iştirak etmək üçün bazar ertəsi günü Pekinə səfər etmişdi. İran heyəti ötən gecə Pekini Tehran istiqamətində tərk edib.

Teqlər